SON XƏBƏRLƏR

Azərbaycan XİN Emmanuel Makrona cavab verib

2023.10.06, 10:20
Azərbaycan XİN Emmanuel Makrona cavab verib

"Fransa Prezidenti Emmanuel Makronun oktyabrın 5-də Avropa Siyasi İcmasının Qranada görüşü çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin E.Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.

Gunaz.tv

"Tədbir iştirakçılarının hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb.

Fransa Prezidentinin bu məsələdə yalan məlumatlar yayması dövlət başçısına yaraşmayan yanaşmadır.

Tarixdə özünün soyqırım siyasəti ilə yadda qalan, Avropa İttifaqı üzv ölkələri arasında Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmayan yeganə ölkə olan Fransanın çoxsaylı etnik xalqların sülh və əminamanlıq şəraitində yaşadığı, multikultural, multietnik dəyərləri ilə nümunə təşkil edən Azərbaycana azlıqların hüquqları barədə dərs keçməyə cəhd etməsi qəbuledilməzdir", - bəyanatda qeyd olunub.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar