SON XƏBƏRLƏR

Netanyahu: İordan çayının qərb sahilində baş verənlərə görə İran məsuliyyət daşıyır

2023.10.07, 12:38
Netanyahu: İordan çayının qərb sahilində baş verənlərə görə İran məsuliyyət daşıyır

İsrailin baş naziri İordan çayının qərb sahilində yəhudilərə edilən hücumların təşkilində Tehranı günahlandırıb.

Gunaz.tv

 Fələstinin Tulkərm şəhərində təşkil edilən əməliyyatda İsrail təhlükəsizlik qüvvələrinin 5 əməkdaşının yaralanmasından sonra baş nazir Benyamin Netanyahu mətbuata açıqlamasında bu hadisəyə görə məsuliyyətin İranın üzərinə düşdüyünü bildirib.

Netanyahu İranı İordan çayının qərb sahilində İsrail vətəndaşlarının öldürülməsini təşviq edən və maliyyələşdirən terror dalğasının arxasında dayanan birbaşa amil adlandırıb.

O, bütün bunlara baxmayaraq, İsrail ordusunun İordan çayının qərb sahilində “terrorçuların yuvalarını təmizləmək” vəzifəsini “cəsarətlə və qətiyyətlə” davam etdirəcəyini və İsrail vətəndaşlarını qoruyacağını vurğulayıb.

İsrailin “Şabak” Daxili təhlükəsizlik təşkilatının üzvləri və “Müstərabin” xüsusi təyinatlı dəstəsində fələstinli ərəb libasına girən sərhədçilər Fələstin silahlı qüvvələrinə qarşı əməliyyatlar aparmaq üçün Tulkərm şəhərinə girəndən sonra pusquda yaralanıblar. Yaralı İsrail təhlükəsizlik qüvvələrinin üç əməkdaşının vəziyyətinin “ağır” olduğu bildirilir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar