SON XƏBƏRLƏR

“İranın zəbt olunmuş 1.7 milyar dolları azad edildi ”- iddia

2023.10.07, 13:35
“İranın zəbt olunmuş 1.7 milyar dolları azad edildi ”- iddia

Ölkənin rəsmi qəzeti IRNA-nın iddiasına görə, İranın Məkəzi Bankının 1 milyar 700 milyon dollar valyutasının zəbt olunması barədə çıxarılmış məhkəmə qərarı qaldırılıb.

Gunaz.tv

Lüksenburqun Klirstrim (Clearstream) Müəsisəsində olan həmin vəsait 2020-ci ildə bir sıra Amerika vətəndaşnın şikayəti ilə zəbt olunmuşdur. 

Qəzetin bildirməsinə istinadən, İranın etirazları və hüquqi iş qaldırması ilə Lüksemburqun Ali Məhkəməsi sentyabrın 29-da Məkəzi Bankın etiraz və sübutları ilə razılaşıb və ilkin məhkəmənin zəbt olunma qərarını ləğv edib.

İddiaya görə,  İran artıq həmin vəsaitlərdən istifadə edə bilər. 

Qeyd edək ki, həmin vəsait azad olunsa da,  beynəlxalq sanksiyalara əsasən İranın həmin vəsaitdən birbaşa istifadə edə bilməyəcəyi güman olunur. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar