SON XƏBƏRLƏR

“Həmasım qəfil həmləsinə İran yaşıl işıq göstərib.”- Val Strit Jurnal

2023.10.09, 10:49
“Həmasım qəfil həmləsinə İran yaşıl işıq göstərib.”- Val Strit Jurnal

 Val Strit Jurnalının (The Wall Street Journal) bildirməsinə əsasən, Həmas və Hizbullahın yüksək vəzifəli üzvləri İsrailə həmlədə İranın köməkilik etdiyini deyiblər.

Gunaz.tv


Qəzetin tədqiqatına istinadən SEPAH-ın zabitləri avqust ayından İsrailə havadan, quru və dənizdən həmlə üçün Həmasla işbirliyi ediblər.

Belə ki, SEPAH-ın zabitlərinin iştirakı ilə Beyrutda dəfələrlə iclas keçirilib. İclasda İranın dəstəklədiyi Həmas, Hizbullah, Fələstinin Azadlığı Xalq Cəbhəsi və Fələstinin İslami Cihad təşkilatının təmsilçiləri iştirak ediblər. 

SEPAH-ın zabitləri tərəfindən onların həmlə planına düzəlişlər olunub. 

Qeyd edək ki, Həmasın həmləsi ilə Orta Şərqdə daha genişmiqyaslı çaxnaşmalar ehtimalı artır. 

İsrailin təhlükəsizlik üzrə yüksək vəzifəliləri ölkə vətəndaşlarının öldürülməsində Tehranın məsuliyyət daşıdığı sübut olunarsa, İrana zərbələr endirəcəklərini deyiblər.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar