SON XƏBƏRLƏR

Həmas qüvvələrinin musiqi festivalı iştirakçılarına vəhşiliyi

2023.10.09, 14:03
Həmas qüvvələrinin musiqi festivalı iştirakçılarına vəhşiliyi

Şahidlərin ifadələrinə istinadən Həmas qüvvələri İsrailin cənubunda keçirilən musiqi festivalında iştirak edən sivil insanlara vəhşilik törədib.

Gunaz.tv

Super Nova Musiqi Festivalında iştirak edən şahid ifadələrinə əsasən Həmas qüvvələri Pikap avtomobilləri ilə Reim bölgəsində keçirilən festivala çatan kimi iştirakçıların üzərinə atəş açıblar. Nəticədə təxminən 260 insan öldürülüb.

Atəş açılandan sonra iştirakçılar qaçmağa başlayıblar. Onların sırasına 16-17 yaşlı iştirakçılar olub. Həmas qüvvələri onları saxlayaraq, əl-ayaqlarını bağlayıb özləri ilə aparıblar. 

Şahidlərin bildirməsinə əsasən festival yerində “qadınların çoxu dostlarının cənazələri yanında təcavüzə məruz qalıblar.”

Virtual məkanda paylaşılmış şəkillərə əsasən onların bəziləri bədənlərindən qan axan vəziyyətdə şəhərdə gəzdiriliblər. 

Hadisədən sonra festival yerinə qayıdan iştirakçının bildirməsinə görə bıçaqla bədənləri kəsilmiş gənc qızların cəsədlərini müşahidə edib. Onların çoxuna yaxından atəş açılıb.

Şahidlər bildiriblər ki, özlərini yaxın bir kəndə çatdırıb ölümdən qurtarıblar.  

İsrailin müdafiə qüvvələri yaxınlaşandan sonra  Həmas qüvvələri ərazidən uzaqlaşıblar.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar