SON XƏBƏRLƏR

BMT-nin İnsan Haqları Komissiyasında İranın insan haqlarını pozmasına baxılıb

2023.10.10, 15:55
BMT-nin İnsan Haqları Komissiyasında İranın insan haqlarını pozmasına baxılıb

 BMT-nin İnsan Haqları Komissiyasının 4-cü dövrü toplantısı oktyabrın 9-da başlayıb və bu gün də davam edib.

Gunaz.tv

Toplantıda İran rejimi tərəfindən  müxaliflərə qarşı işkəncə, basqı və edam olunmaları zəminidə insan haqlarının kobudcasına pozulması müzakirə olunub.

Toplantının ilk günündə İran rejimi tərəfindən 30 nəfərlik heyət iştirak edib. 

Komissiya insan haqlarının pozulması, o cümlədən şallaqvurma, döyülmə, müliacədən məhrum edilmə, təkbaşına kameralarda saxlanılma, psixi hədələmələr barədə heyətə suallar ünvanlayıb.

Beynəlxalq Əfv Təşkilatının bildirməsinə istinadən İranın təmsilçiləri bütün suallara müxtəlif formalarda “İslam Respublikası sistemi qanunlarında işkəncə qadağandır.” cavabı verib.

Heyət iştirakçısı Mehdi Hadı “şallaqvurma və yuxarı ətraf orqanın vurulmasını” müdafiə edərək “Bu cəzaların beynəlxalq qanunlarda qadağan olunmadığını” iddia edib.

Komissiya 2012-ci ildən bu yana 57 azyaşlının İranda edam olunduğunu vurğulayıb və yaşı 18-dən az olduğu vaxt cinayət törətmiş şəxslərin edam edilməsi qanunlarına düzəşt olunmasını  heyətdən tələb edib.

Qeyd edək ki, Komissiya ildə 3 dəfə iclas keçirir və ölkələr tərəfindən mülki-siyasi hüquqlar üzrə beynəlxalq konensiyaya riayət olunmasına nəzarət edir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar