SON XƏBƏRLƏR

4 bəhaiyə 12 il həbs cəzası verilib

2023.10.11, 11:28
4 bəhaiyə 12 il həbs cəzası verilib

İran hakimiyyəti bəhailərə sistemli təzyiqin davamı olaraq 4 bəhai vətəndaşına 12 il həbs cəzası verib.

Gunaz.tv

İranda İnsan Haqları Aktivistlərinin portalı olan HRANA xəbər agentliyi bəhai vətəndaşların cari ilin aprel ayında saxlanıldıqlarını bildirilib.

Agentliyin məluatına istinadən, onlar “respublikanın təhlükəsizliyini pozmaq məqsədi ilə qruplar və dəstələrdə üzvlükdə” ittiham olunublar.

Şadi Şəhidzadə, Mansur Əmini, Ətaulla Zəfər və Vəliulla Qədəmianın istintaqları başa çatmaqla Tehran Əyaləti Apelyasiya Məhkəməsinin 36-cı Şöbəsi tərəfindən birlikdə 12 il həbsə məhkum olunublar.

Xatırladaq ki, İranın bəhai vətəndaşları hakimiyyət tərəfindən dini inancları üzrə sərbəst hərəkətdən sistemli şəkildə məhrum edilir və mərasimlərinin keçirilməsinə müxtəlif yollarla basqı olunur. 

Lakin Beynəlxalq İnsan Haqları Bəyananməsinin 18-ci maddəsinə və Mülki-Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiyaya əsasən, hər şəxs din, düşüncə, dinini dəyişmə və bəyan etmə hüququna malikdir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar