SON XƏBƏRLƏR

"İran Fələstin müqavimət hərəkatının İsrailə həmləsində əlbir olub"- Ceyk Sullivan

2023.10.11, 12:41
"İran Fələstin müqavimət hərəkatının İsrailə həmləsində əlbir olub"- Ceyk Sullivan

Ağ Evin milli təhlükəsizlik məsləhətçisi Ceyk Sullivan keçirdiyi xəbərtoplantıda İsrailə həmlələrdə Fələstin müqavimət hərəkatı ilə İranın əlbir olduğunu deyib.

Gunaz.tv

“Biz əvvələr də demişik ki, İran ümumi olaraq Fəslətin müqaviməti ilə əlbir rol oynayır. Bu ölkə Həmasın hərbi qollarına maliyyə dəstəyi göstərib. 

Həmçinin, onlara təlim, sursat verilməsi, gücləndirmə və sair dəstəklər edib. İran illərdir ki, Həmasla əlaqədədir və anlaşma aparır. 

Bunların hamısı müşahidə ediyimiz hazırkı vəziyyətə gətirib çıxarıb.”-deyə Sullivan bildirib.

Qeyd edək ki, İranın dəstəklədiyi Həmasın 5 gün öncə İsrailə yağdırdığı raketlər nəticəsinə yüzlərlə mülki İsrail vətəndaşı həyatını itirib.

Həmçinin, Həmasın qüvvələri İsrailin cənubunda keçirilən müusiqi fetivalına həmlə edib, birbaşa atəş açmaqla 260 nəfər dinc əhalini öldürülüb. Ölənlərin sırasında müxtəlif  ölkələrin vətəndaşları da olduğu bildirilib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar