SON XƏBƏRLƏR

Bakıda MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin iclası keçirilib

2023.10.11, 15:35
Bakıda MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin iclası keçirilib

Oktyabrın 11-də Bakı şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının (SORB) 53-cü iclası keçirilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Gunaz.tv

Tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov və MDB ölkələrinin müvafiq orqanlarının rəhbərləri iştirak ediblər.

Əli Nağıyev iclasın gündəliyində həlli vacib məsələlərin durduğunu, tədbir çərçivəsində dövlətlərin təhlükəsizliyi baxımından mühüm qərarların qəbul ediləcəyinə, ümumilikdə iclasın məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib.

O, Azərbaycanda təhlükəsizliyə və sabitliyə əsas təhdidlərdən sayılan, Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilən antiterror tədbirləri barədə məlumat verib. General-polkovnik Əli Nağıyev vurğulayıb ki, həmin cinayətkar birliklərin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın ziddinə olaraq ərazilərimizdən çıxmaması, son zamanlar onlar tərəfindən yaşayış məntəqələrinin və kommunikasiyaların davamlı minalanması, ordumuzun mövqelərinin fasiləsiz atəş altında saxlanılması, mülki vətəndaşların və polis əməkdaşlarının həlak olması ilə nəticələnən terror aktlarının törədilməsi qısamüddətli antiterror tədbirlərinin keçirilməsini zəruri və təxirəsalınmaz edib. Bununla da Azərbaycan öz suverenliyini bərpasına nail olub. 

İclas birlik ölkələrinin təhlükəsizlik məsələləri üzrə, o cümlədən MDB məkanında sabitliyin pozulmasına yönələn destruktiv fəaliyyətə və yeni çağırışlara qarşı birgə mübarizəyə dair digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam edib. İclas yekun sənədlərin imzalanması ilə başa çatıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar