SON XƏBƏRLƏR

Britaniyanın xarici işlər naziri İsrailə gedib

2023.10.11, 16:15
Britaniyanın xarici işlər naziri İsrailə gedib

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İsrailə gedib.

Gunaz.tv

"Sky-News"  xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli HAMAS silahlı qruplaşmasının hücumlarından sonra İsrail xalqı ilə həmrəylik nümayiş etdirmək üçün İsraildədir.

XİN rəhbərinin Ofisindən bildirilib ki, o, HAMAS-ın hücumlardan sağ çıxanlarla və yüksək səviyyəli İsrail rəsmiləri ilə görüşərək bu ölkənin özünümüdafiə hüququna Böyük Britaniyanın dəstəyini ifadə edəcək.

Daha əvvəl "Sky News"a danışan nazir Ceyms Kleverli HAMAS-ın hücumunu pisləyib və fələstinlilərin tərəfdarlarını Britaniyadakı etiraz aksiyalarına qatılmamağa çağırıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar