SON XƏBƏRLƏR

Xaməneyinin ali müşaviri HƏMAS-la danışıb

2023.10.12, 11:39
Xaməneyinin ali müşaviri HƏMAS-la danışıb

İranın rəhbəri Əli Xameneyinin ali müşaviri Əli Əkbər Vilayəti HƏMAS lideri İsmayıl Haniyə və “İslami-Cihad”ın rəhbəri Ziad Nəxali ilə danışıb.

Gunaz.tv

Vilayəti “Fələstin xalqının müqavimətini” tərifləyib və Qəzzada göstərdikləri qəhrəmanlıqları alqışlayıb.

O bildirib ki, “Əqsa tufanı” əməliyyatında HƏMAS və “İslami-Cihad”ın əldə etdiyi uğur müasir islam tarixinin şərəfli səhifələrindən biridir. 

Qəzzanı İsrailə qarşı qala adlandıran Vilayəti İranın daima onların yanında olacağını deyib.

HƏMAS lideri İsmayıl Haniyə dəstəyə görə İran hökumətinə təşəkkürünü bildirib.

“İslami-Cihad”ın rəhbəri Ziad Nəxali də Əli Xameneyinin dəstəyini yüksək qiymətləndirib və bunun fələstinlilərə ümid və ruh verdiyini söyləyib.

Qeyd edək ki, Tehran hakimiyyətinin HƏMAS-ın İsrailə qarşı hücumunda rolu olmadığı barədə bəyanatlarına baxmayaraq, HƏMAS və “İslami-Cihad”ın rəhbərləri Tehran hökumətinin dəstəyk verdiyini bildirirlər.  

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar