SON XƏBƏRLƏR

HAMAS əsirləri azad etməsə, Qəzzaya su və elektrik enerjisi verilməyəcək

2023.10.12, 11:54
HAMAS əsirləri azad etməsə, Qəzzaya su və elektrik enerjisi verilməyəcək

HAMAS israilli əsirləri azad etməyənədək Qəzzaya su və elektrik enerjisinin verilməsi bərpa edilməyəcək. “The Times of İsrael” nəşri xəbər verir ki, bu barədə İsrailin energetika naziri İsrael Katz bildirib.

Gunaz.tv

Nazir deyib ki, HAMAS-ın İsrailə hücumu zamanı əsir götürülən israillilərin hər biri evinə dönməyənə qədər anklavın elektrik və su təchizatının bərpa olunmasından söhbət gedə bilməz.

Qeyd edək ki, HAMAS döyüşçülərinin İsrailin cənubunda əsir götürdüyü 150-dən çox insanı Qəzza zolağına apardığı güman edilir.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar