SON XƏBƏRLƏR

ABŞ-nin dövlət katibi: "Biz bu gün də, sabah da İsraili dəstəkləyəcəyik”

2023.10.12, 12:15
ABŞ-nin dövlət katibi: "Biz bu gün də, sabah da İsraili dəstəkləyəcəyik”

"Biz bu gün də, sabah da İsraili dəstəkləyəcəyik”. Xarici KİV xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken İsrailə səfərə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Gunaz.tv

O, İsrailə ABŞ Prezidenti və xalqı adından çox sadə və aydın bir mesajla getdiyini söyləyib: "İsrail xalqının dayağı var. İsrail xalqı bizi dəstəkləyir. Biz bu gün də, sabah da İsraili dəstəkləyəcəyik”.

A.Blinken bildirib ki, ABŞ İsrailin özünü müdafiə etməsi üçün bütün vasitələrə malik olmasını təmin etməkdə qərarlıdır: "Girovların, o cümlədən ABŞ vətəndaşlarının yerini müəyyən etmək üçün israilli həmkarlarımla işləyəcəyəm və onların azad edilməsi üçün çalışacağam".

Qeyd edək ki Antoni Blinken hazırda İsraildə səfərdədir. O, İsrailin Baş naziri Benyamin Netanyahu, Prezident İsxak Hersoq və digər yüksək vəzifəli rəsmiləi ilə görüşəcək.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar