SON XƏBƏRLƏR

Blinken yenidən İsrailə gedib

2023.10.16, 14:45
Blinken yenidən İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə qayıdıb. "Bloomberg"xəbər verir ki, ABŞ dövlət katibi 6 ərəb ölkəsinə səfər etdikdən sonra bu gün yenidən İsrailə dönüb.

Gunaz.tv

Onun İsrail dövlət və hökumət başçıları ilə görüşlər keçirəcəyi gözlənilir.

Xatırladaq ki, Blinken oktyabrın 11-dən bəri Yaxın Şərq regionunda səfərdədir. Dövlət katibi HAMAS-ın hücumundan sonra İsrail ilə həmrəylik nümayiş etdirmək və vəziyyəti müzakirə etmək üçün İsrailə səfər edib.  Daha sonra digər ərəb ölkələrinə gedib.

ABŞ regionda münaqişənin qarşısını almaq üçün diplomatik səyləri gücləndirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar