SON XƏBƏRLƏR

Nigeriyalı terrorçu: "İran dünyaya hakim olacaq"

2023.10.16, 15:59
Nigeriyalı terrorçu: "İran dünyaya hakim olacaq"

İsrailə qarşı birləşməliyik.

Gunaz.tv

Bunu Nigeriya radikal şiələrin İrana bağlı lideri, hazırda Tehranda səfərdə olan İbrahim Zəkzaki Tehran Universitetində çıxışı zamanı deyib.

“Şiələr bütün dünyaya hakim olmaq üçün hazırlaşmalıdırlar. Hazırda ABŞ-ın gücü tükənməkdədir. Yaxın gələcəkdə İran dünyanı idarə edən yeganə güc olacaq”, - Zəkzaki bildirib.

Qeyd edək ki, oktyabrın 11-də İrana səfər edən İbrahim Zəkzaki ölkənin dini lideri Əli Xamenei və digər rəsmilərlə görüşüb. Ona Tehran Universitetinin fəxri doktoru adı verilib.

Zəkzaki Nigeriyada çox sayda insanın ölümünə səbəb olan bir neçə silahlı iğtişaşa görə 9 il yarım həbs cəzası çəkib.

Zəkzaki  və müxtəlif ölkələrdən olan daha bir neçə radikal Tehrana dəvət olunub, Xaməneyi və bir neçə ayətullahla görüşdüekdən sonra İsrailə qarşı çağırışlar etməyə başlayıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar