SON XƏBƏRLƏR

“Azərbaycanla münasibətlərimizdə yeni dövrə qədəm qoyduq”

2023.10.17, 10:13
“Azərbaycanla münasibətlərimizdə yeni dövrə qədəm qoyduq”

“Azərbaycanla münasibətlərimizdə yeni dövrə qədəm qoyduq”. Bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

Gunaz.tv

Ersin Tatar Azərbaycandakı görüşlərinin çox məhsuldar olduğunu bildirib. Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycan rəsmilərinin və ictimaiyyətinin onu xüsusi maraqla qarşıladığını bildirib.

"Azərbaycanla qədim əlaqələrimizi möhkəmləndirmişik”, - Ersin Tatar vurğulayıb.

O, qeyd edib ki, Azərbaycan ilə təhsil, incəsənət, mədəniyyət, turizm, qarşılıqlı ticarət və digər sahələrdə əlaqələr davam edəcək. "Ana vətən Türkiyədən sonra Azərbaycanla da əlaqələrimizin inkişaf edəcəyini düşünürük", - Şimali Kipr Türk Respublikasının Prezidenti deyib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar