SON XƏBƏRLƏR

Avropa İttifaqı İrana qarşı silah və raket sanksiyalarını qüvvədə saxladı

2023.10.17, 15:40
Avropa İttifaqı İrana qarşı silah və raket sanksiyalarını qüvvədə saxladı

Aİ Şurası bəyanat yayaraq oktyabrın 18-də son qoyulacaq İrana qarşı silah və raket sanksiyalarını qüvvədə saxladığını bildirib.

Gunaz.tv

 

Hərtərəfli Ortaq Hərəkətlər Planı /The Joint Comprehensive Plan of Action/ deyilən İranla nüvə sazişi şərtlərinə əsasən,  bu ölkəyə silah sanksiyaları oktyabrın 18-də azaldılmalı olub. Lakin İranın həmin şərtləri pozduğuna görə sanksiyalar qüvvədə saxlanılıb.

Şərtlərə əsasən, Tehran sazişdə icazə veriilmiş 3.67 faiz uran zənginləşdiriməsini aşmamalı olduğu bir halda zənginləşdirməni 60 faizə çatdırıb. Bu miqdar uran qatılığı isə nüvə silahı istehsalına yaxınlaşmaq hesab olunur. 

“Aİ Şurasının qiymətləndirməsinə əsasən,  Nüvə Sazişində nəzərdə tutulmuş sanksiyaların qüvvədə saxlanılmasına etibarlı sübutlar var.

Lakin bu hərəkət İrana qarşı yeni sanksiyaların tətbiqi və əvvəkli sanksiyalarda dəyişiklik olunacağı anlamında deyil” -oktyabrın 17-də nəşr olunmuş bəyanatda deyilir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar