SON XƏBƏRLƏR

Amerika Konqresi Tehrana qarşı əlavə sanksiyalar tələb edib

2023.10.18, 11:48
Amerika Konqresi Tehrana qarşı əlavə sanksiyalar tələb edib

Tehranın HƏMAS-ı himayə etdiyinə görə Amerika Konqresinin Demokrat və Respublikaçı 110 üzvü ABŞ prezidenti Baydendən İrana qarşı əlavə sanksiyalar qoyulmasını tələb ediblər.

Gunaz.tv

Bakı vaxtı ilə oktyabrın 17-si Ağ Evə ünvanlanmış məktubda hər hansı tədbirlər vasitəsi ilə İranın Çin və bu kimi ölkələrə neft sata bilməsinin qarşısı alınması tələb olunub.

“Tehran İsrailə qarşı HƏMAS-ı və digər islamyönlü terrorist qruplara ardıcıl maliyyə dəstəyi verdiyinə görə cavabdehlik daşımalıdır"-deyə Konqres üzvləri məktubda vurğulayıb.

Lakin ekspertlərin fikrincə İran neftinə daha çox sanksiya benzinin dünyada qiymətinin artmasına səbəb ola bilər. 

Bayden iqtidari isə qarşıdakı növbəti ABŞ prezidenltiyinə seçkilər səbəbindən bu barədə ehtiyatlı davranır.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar