SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı məhbus jurnalistlərlə bağlı İrana çağırış etdi

2023.10.25, 13:26
Beynəlxalq Əfv Təşkilatı məhbus jurnalistlərlə bağlı İrana çağırış etdi

Beynəlxalq Əfv Təşkilatı bəyanat yayaraq jurnalistikanın cinayət olmadığını deyib, İranda ağır həbs cəzasına məhkum edilən İlahə Məhəmmədi və Nilufər Hamidinin sərbəst buraxılmasını tələb edib.

Gunaz.tv

Beynəlxalq təşkilat bu barədə özünün "X" hesabında məlumat yayıb.

Jurnalistlərin 2022-ci ilin sentyabr ayında baş verən etiraz aksiyalarını işıqlandırdıqlarına görə həbs edildikləri diqqətə çatdırılıb, onların mühakiməsinin ədalətsiz keçirildiyi bildirilib.

Qeyd edək ki, "Şərq" və "Həm Mihən" qəzetlərinin əməkdaşları olan Nilufər Hamidi və İlahə Məhəmmədi 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarını işıqlandırdıqlarına görə həbs ediliblər.

2022-ci ildə meydana gələn ümumi etirazlar zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

Beynəlxalq təşkilatların hesabatına görə, İran media azadlığı sahəsində 180 ölkə arasında 177-ci yerdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar