Pentaqon bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib
Katz: “Hizbullah”ın hər hansı bir hücumu İsrailin Beyruta zərbələrinə səbəb olacaq
XİN rəhbərləri Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib
Ceyhun Bayramov İran ətrafında baş verənlərin regiona təsirindən danışıb
3121 nəfər məsuliyyətə cəlb edilib- Cahangir
Türkmən fəala ağır həbs cəzası verildi
Qardian: Yoxsulluq və bahalaşma İranda dərinləşir
"Etimad" qəzetinə qarşı cinayət işi açıldı
Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır
Husilər İsrailə yeni raket hücumu etdiyini açıqlayıb
Təl-Əviv: Qarşılıqlı hücumlar daha bir neçə gün davam edə bilər
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
İsrail: Zərbələr Hərbi Hava Qüvvələrinin İran üzərində fəaliyyət azadlığını genişləndirib
Tehranda uçuşlar ləğv edildi
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İran yenidən İsrailə raket atdı
AB İrana qarşı dəniz naviqasiyası azadlığı ilə bağlı sanksiyalar tətbiq edəcək
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
Husilər Qırmızı dənizdə İsrail gəmilərinə qadağa qoymaq niyyətindədir
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
Paşinyan: Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır
Fidan və Əraqçi regiondakı yeni gərginliyi müzakirə ediblər
Tramp: İrana qarşı quru əməliyyatının həyata keçirilməsi ehtimalı azdır
Ceyhun Bayramov İstanbula səfər edib
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Təbrizdə hərbi obyekt vurulub
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Walla: İsrail mənbəsi raket hüumundan sonra İranın “ağır zərbə alacağını” bildirib
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
İrandan İsrailə doğru raketlər atılıb
Hizbullahın əsas bazası hədəfə alındı
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi
İranda xaşxaş əkini rekord həddə çatıb
Ermənistan baş naziri Bakıya gəlmək istəyir
Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”
İranın görünməyən liderinə Pakistandan məxfi mesaj
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
(İKİNCİ YAZI)
Azərbaycan xalqının sovet rejiminə qarşı apardığı mübarizədə güneydən olan soydaşlarımız önəmli rol oynamışlar. Pişəvəri hərəkatının boğulmasından sonra sovet ideologiyasının xəyanətkar mövqeyini görən güneyli soydaşlarımız əvvəllər gizli, 1988-1992-ci illərdə isə açıq şəkildə bu rejimə qarşı mübarizə apardılar.Həmin mübarizədə fəallıq göstərmiş bəzi mücahidlərin fəalliyyətini oxuculara təqdim edirəm.
MƏHƏMMƏD HATƏMİ TANTƏKİN
Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Məhəmməd Hatəmi Tantəkin 1935-ci il iyulun 22-də Güney Azərbaycanın Astara şəhərində türk soylu əkinçi ailəsində anadan olub. Atası Güney Azərbaycandakı 1945-1946-cı il milli-azadlıq hərəkatının fəal iştirakçısı olub.
Güney Azərbaycanda milli hərəkat məhv ediləndən sonra, 1946-cı ilin dekabrın 12-də valideynləri ilə birlikdə Quzey Azərbaycana mühacirət edib. Ailəsi ilə birlikdə əvvəlcə Əli Bayramlının (indiki Şirvan şəhəri) Qaraçola, ardınca Şamaxının 6 saylı kəndində, sonra Xudatın Çkalov kəndinin 4-cü şöbəsində, daha sonra Qubanın H. Zərdabi kəndində, nəhayət Bakıda yaşamışlar.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub, 1963-cü ildə bitirib.
Universitetdə oxuduğu illərdə – 1959-cu ildə gizli olaraq “Azad Azərbaycan Təşkilatı”nı yaradır. Təşkilatın başlıca məqsədi hər iki Azərbaycanı milli əsarətdən xilas edib, vahid dövlət şəklində birləşdirməkdən ibarət olub.
Güneylilərin aparıcı partiyası olan Azərbaycan Demokrat Firqəsinin üzvü olub. Partiya rəhbərliyinə qarşı etirazlar etdiyi üçün 1963-cü ildə firqədən xaric edilib.
Universiteti bitirdikdən sonra müxtəlif zavod-fabriklərdə fəhlə işləyib.
1964-cü ildə Polşaya köçüb getmək haqqında həmin ölkənin Moskvadakı səfirliyinə müraciət edilir və rədd cavabı alınır. 1979-cu ilin fevralın 11-də İranda Fevral inqilabı olan kimi, İranın Bakıdakı konsulluğuna müraciət edib, oraya - Vətənə getmək istədiyini bildirib. Lakin buna imkan yaradılmayıb.
1965-ci ilin iyul ayının 1-dən Akademiya sistemində işə başlayıb və burada Nizami adına Ədəbiyyat İnstitutunda, Şərqşünaslıq İnstitutunda, Nizami Muzeyində çalışıb.
Akademiya sistemində ictimai elmləri “qara zülmətlər” içərisində görüb, anlamı “səhər işığı kimi” olan “Tantəkin” təxəllüsünü götürüb. 1972-ci ildə “Xalq yaradıcılığında atəşpərəstliyin ifadəsi” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi adını alıb. 1984-cü ildə “Sehrli nağılların onqon və əsatiri surətləri” adlı doktorluq dissertasiyasını isə müdafiə etmək ona nəsib olmur. 1990-cı ildə həbsdən azad ediləndə o, filologiya elmləri doktoru seçilir.
1987-ci ildə “Çənlibel” təşkilatının yaradıcılarından və əsas təşkilatçılarından biri olur. Azərbaycanda sovet rejimi əleyhinə mitinqlərin təşkilində böyük rolu vardır. Bu fəallığına görə dəfələrlə həbs edilib. İlk dəfə 1988-ci il 5 dekabr - 6 iyun 1989-cu il tarixlərində həbsdə saxlanılıb.
M. Hatəmi 2016-cı il 14 iyunda Bakı şəhərində vəfat edib.
“MILLI QURTULUŞ” PARTİYASI
1989-cu ilin 8 dekabrında Qızılbaş Xalq Cəbhəsi ilə Müstəqil Azərbaycan Təşkilatı “Azərbaycan Qurtuluş Təşkilatı” adı altında birləşdi və çox keçmədən “Milli Qurtuluş Partiyası” adlandı. Məhəmməd Hatəmi Tantəkin Patiyanın Başqanı seçildi. Partiyanın Mərkəzi Özəyinə aşağıdakı adamlar daxil idi: 1. Hatəmi Tantəkin; 2. Eldar İbrahim; 3. Loğman İbrahim; 4. Seyid Tahir Qarabaği; 5. Rüstəm Şahsuvarov; 6. Mehdi Azəri; 7. İmran Ələkbərzadə; 8. Şahin Tağızadə; 9. Tofiq Şükürlü; 10. Nüşabə Eyvazlı; 11. Kəmalə Abıyeva; 12. Kamil Şükürov; 13. Rafiq Bəbirov; 14. Məlik Nurəlizadə; 15. Şahin Tağıyev; 16. İlham Mirzəyev.
Bu təşkilatın fəallığı və başçılığı ilə 1989-cu ilin dekabrın 14-də “Nizami” metrosunun qarşısında mitinq keçirilmişdi. Sonra mitinqçilər Hüsü Hacıyev küçəsi ilə gələrək mitinqi “Fəvvarələr” bağında davam etdirmişlər.
Həmin ilin dekabrın 17-də Azadlıq meydanında Meydan hadisələrinin ildönümünə həsr edilmiş tədbirdə “Milli Qurtuluş Partiyası” lideri H. Tantəkin çıxış etmişdi.
Partiyanın təmsilçiləri olaraq H. Tantəkin və Seyid Tahir Qarabaği Azərbaycan Xalq Cəbhəsinin 1989-cu ilin 19 noyabrında Sabunçu qəsəbəsində təşkil etdiyi mitinqdə dövlət əleyhinə kəskin çıxışlar etmişlər.
Erməni fitnəkarı olan S. Şaumyanın Bakıdakı heykəlinin 1989-cu ilin 22 noyabrında dağıdılmasında da “Milli Qurtuluş Partiyası”nın fəalları ciddi rol oynamışdılar. Bu haqda partiyanın lideri H. Tantəkin yazır: “Seyid Tahir maşınla evimizə gələrək, bunu mənə xəbər verdi. Mən onunla heykəlin yanına gəldim. Heykəlin ətrafı əsgərlə, DTK, milis işçiləri ilə dolu idi. Qurtuluşçular əllərində üçrəngli Bayraq buraya yaxınlaşanda, meqafonla onlara müraciət etdim ki, heykəli dağıtmasınlar, polkovnik Hüseynxanın xahişi ilə. Ancaq qurtuluşçular mənə çatanda qulaqlarına pıçıldadım ki, dağıdın! Onlar çox çətinliklə heykəli yerə yıxıb, parça-parça etdilər. Moskvada Lefortovo həbsxanasında mənə açılan cinayət işində suçlarımdan biri də bu heykəlin dağıdılması idi” (Bax: kitab. səh. 149).
Partiya üzvləri 1989-cu ilin 23 noyabrında “Nizami” metrosunun qarşısında keçirdikləri mitinqdən sonra gecə “26-lar” bağında (indiki “Sahil” bağı) bəzi heykəlləri dağıtmışdılar. Bir qədər sonra isə partiyanın A. Zeynallı adına Musiqi Məktəbində oxuyan tərəfdar-tələbələri Ermənistandakı məscidlərimizin dağıdılmasına cavab olaraq, həmin ilin 23 dekabrında Bakıdakı erməni kilsəsinin xaçlarını baltalayıb yerə tökmüşdülər.
Partiya üzvləri bu dövrdə mənzil istismar idarələrindən ermənilərin siyahılarını əldə edir və onları Bakıdan sıxışdırıb çıxarırdılar. Güney Azərbaycandan olan Siyaməkin azad edilməsi üçün partiya üzvləri Ali Məhkəmənin qarşısında bir neçə dəfə piket təşkil etmişdilər.
Partiya üzvləri başda lider H. Tantəkin olmaqla Lənkəranda (12 dekabr, 1989), Cəlilabadda (dekabr, 1989) keçirilən mitinqlərdə də iştirak və çıxışlar etmişlər.
1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Milli Qurtuluş Partiyasının Başqanı H. Tantəkin (yanvarın 25-dən 26-na keçən gecə) və Seyid Tahir Qarabaği də həbs edildi,onlara 108 saylı cinayət işi açdılar.
1990-cı ilin 20 dekabrında məhkəmə işi sona çatdı və onlara bəraət verildi.
“XALQ HƏRƏKATI CƏBHƏSİ”
Bu təşkilatın yaradılması haqqında məlumatları H. Tantəkin özünün “Acı Həqiqətlər” kitabında bildirir. O, yazır ki, 1988-ci ilin 30 oktyabrında “Çənlibel” təşkilatının saat 4-də başlanacaq ümumi yığıncağında, Xalq Hərəkatı Cəbhəsinin Keçici Mərkəzinin proqram və nizamnamə səciyyəli “Azərbaycan xalqına bildirişi” oxundu. Zalda oturanlar bu sənədi böyük rəğbətlə, alqışlarla qarşıladılar. Həmin yığıncaqda H. Tantəkin” Xalq Hərəkatı Cəbhəsi”nin sədri seçilir.
“Xalq Hərəkatı Cəbhəsi”nə daxil olan ayrı-ayrı kollektivlərin, fərdlərin ilk siyahısı qısa halda belə idi:
1. Axundov Elşən Məmməd oğlu - 160 nəfər.
2. Səlimov Firidun - Sərnişin Daşıma İdarəsi - 20 nəfər.
3. Cəfərov İshaq Məsim oğlu - Avtomobil Nəqliyyatı Nazirliyinin Texniki-Təchizat Bazası - 3 nəfər.
4. Şükürov Tofiq - “Azıx” Cəmiyyəti - 150 nəfər.
5. Nəsirov Vaqif - 30 nəfər.
6. Nəbiyev Qəhrəman - Şah İsmayıl Xətai Birliyi (EVM zavodu) - 170 nəfər.
7. Məmmədov Rüstəm - 3 nəfər.
8. Həsənov Mövlud - 50 nəfər.
9. Bağırov Rəfael - Ə. Əzimzadə adına Rəssamlıq məktəbi - 20 nəfər.
10. Mehdi Azəri - 2-ci Zabrat - 300 nəfər.
11. Abbasov Rauf - Azərbaycan Elmi-Tədqiqat Üzümçülük-Şərabçılıq
İnstitutu - 20 nəfər.
12. Qasımov Nəriman - Yük-Avtomobil Nəqliyyatı Dəstəsi - 5 nəfər.
13. Əsgərov İmran - 31 nömrəli məktəb - 30 nəfər.
14. Mehdiyev Mehdi - Azərbaycan Neft və Kimya İnstitutu - 27 nəfər.
15. Abbasov Zahid - 25 nəfər.
16. Şükürov Haqverdi İsrail oğlu .
17. Quliyev Elxan Həsənağa oğlu.
18. Quliyev Niyazi Hüseyn oğlu.
19. Almuradov Nəriman Musa oğlu.
20. Qulamov Əsgər Ağatac oğlu.
21. Quliyev Mətləb Qafar oğlu.
22. Məmmədov İntiqam Həvəskar oğlu.
23. İsmayılov Osman Hacızadə oğlu.
24. Bayramov Ziyəddin Məhərrəm oğlu.
25. Əhmədov Mahmud Fəraməz oğlu.
26. Eminov Rasim İbrahim oğlu.
27. Eldarov Nazim Eldar oğlu.
28. Qurbanov Şahin Musa oğlu.
29. Səmədov Bəybala.
30. Cavadov Eldar Cavad oğlu.
31. Kərimova Ruhinaz.
Hatəmi yazır: “Yaratdığım elə bir təşkilat tanımıram ki, DTK onu dağıtmağa, əlimdən çıxartmağa çalışmamışdır. 05.12.1988-08.08.1989-cu il tarixlərində həbsxanada olmağımdan yararlanaraq, DTK əlaltıları Xalq Hərəkatı Cəbhəsinin içərisindəki İsfəndiyar Coşğun kimi adamlarla əlaqəyə girib, təşkilatı iki yerə parçalayırlar. Təşkilatın kiçik bir hissəsi İsfəndiyar Coşğunun başına toplaşıb “Birlik” Cəmiyyəti olur”. H. Tantəkin qeyd edir ki, təşkilatdakı əsas qüvvələr isə 1989-cu ilin 16 iyununda yaranan Azərbaycan Xalq Cəbhəsində fəaliyyətlərini davam etdirirlər.
“QIZILBAŞ XALQ CƏBHƏSİ”
(Güneylə Quzeyin bütövləşməsi,”Bütöv Azərbaycan” yaradılması – M.Hatəminin ideyası)
“Qızılbaş Xalq Cəbhəsi”nin yaradıcısı olan Hatəmi Tantəkin yazır ki, bu təşkilatı “AXC-yə alternativ olaraq 1989-cu ilin sentyabr ayında yaratdım.
M.Hatəmi bildirirdi ki, bu sözü götürməklə, heç də şiələri nəzərdə tutmur və şiəliyi də, sünniliyi də İslam dini üçün düşmənçilik sayır. Ancaq bu adla hərəkatımızda birləşənlərin Şah İsmayıl Xətainin qızılbaş döyüşçüləri kimi igid, yurdsevər qəhrəman olmasını, torpaqlarımız uğrunda vuruşmasını istədiyimizi göstərmişik. M. Hatəmi bildirirdi ki, Qızılbaşların Xalq Cəbhəsi Şimali və Cənubi Azərbaycanlıların Sovet İttifaqı və İranın tərkibindən çıxıb müstəqil, ayrıca dövlət yaratması uğrunda mübarizə aparır.
O, qeyd edirdi: “Biz istəmirik ki, cənubdakılar buradakılar kimi maddi cəhətdən dilənçi olsun, var-dövləti insafsızcasına talan edilsin, ölkə dilənçi vəziyyətində qalsın, dini, imanı əlindən alınsın. Eyni zamanda istəmirik ki, şimaldakılar da, Cənubda olduğu kimi dillərindən, məktəblərindən, ana dilindəki mətbuatlarından, milli varlıqlarından məhrum edilsin. Ona görə də biz Cənubu İrandan, Şimalı Sovetlərdən ayırıb Bütöv Azərbaycan yaratmaq istəyirik”.
Hatəmi Qızılbaşların Xalq Cəbhəsi ilə Azərbaycan Xalq Cəbhəsi arasındakı başlıca ideya ayrılığını da bunda görür – AXC Azərbaycanın gələcəyini SSRİ-nin tərkibində təsəvvür edir, Azərbaycanın müstəqil birləşməsini düşünmür, QXC isə Sovet İttifaqından çıxmağımız (Cənubun isə İrandan çıxması) uğrunda mübarizə aparır. Hatəmiyə görə AXC-nin mövqeyi bir çox hallarda yumşaq, barışdırıcıdır.
Sonra Meydan bir neçə gün Qızılbaşların əlində oldu. Onlar başlarına nazik, qırmızı lent bağlayırdılar. Bu lentin üzərinə sonradan “Qarabağ”, “Azərbaycan”, “Azəritürk” yazdırdılar. Onlar həmişə Meydanın “Azərbaycan” mehmanxanası tərəfdən 2-ci tribunası tərəfdə dayanırdılar. Gecələr Hatəmi və Mənsur Əlisoy səhərə qədər təbliğat aparır, camaatı dağılmamağa çağırırdılar.
Nəsiman Yaqublu, Tarix elmləri doktoru
N.S
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
Yaşar Darüşşəfa Tehranda saxlanılıb
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İran prezidentinin istefa verdiyi iddia olunur