SON XƏBƏRLƏR

HƏMAS üzvləri İran universitetlərində təhsil alacaq

2023.11.16, 15:19
HƏMAS üzvləri İran universitetlərində təhsil alacaq

HƏMAS rəhbəriliyinin İran hökumətinə ünvanladığı məktubda bu qruplaşmanın üzvlərinin mühəndislik, fizika və texnologiya sahələrində İran universitetlərində təhsil almaları üçün təqaüdlərin ayrılmasını istəyib. 

Gunaz.tv

Bu barədə CNN telekanalı əldə etdiyi sənədlərə əsasən məlumat yayıb.

Məlumata görə, bu ilin iyun ayına aid olan məktubda HƏMAS komandirlərindən biri təşkilatın 7 üzvünə İranda təhsil almaq üçün təqaüd verilməsini xahiş edib. 

Qeyd edək ki, iki gün əvvəl İran prezidenti İbraim Rəisinin qadın və ailə məsələləri üzrə müavini Ənisə Xəzəli, Qəzzada yaranmış şəraitə görə qəzzalı qız tələbələrin İran Universitetlərində təhsil almaları barədə açıqlama verib.

O, bu gün verdiyi müsahibədə isə "İranın bir çox universiteti fələstinli qızları qəbul etməyə hazırdır",- deyə bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar