SON XƏBƏRLƏR

“(Güney) Azərbaycan xalqının hüquqlarının reallaşmasına qədər mübarizə edəcəyik”- güneli aktivist

2023.12.05, 12:26
“(Güney) Azərbaycan xalqının hüquqlarının reallaşmasına qədər mübarizə edəcəyik”- güneli aktivist

Güneyli milli aktivist Cəfər İbrahimzadə öz İnstaqaram səhifəsində video paylaşım edərək Təbriz şəhəri Təhülkəszilik İdarəsində 3 saat istintaqdan sonra sarsılmadığını və daha güclü müabrizə edəcəyini bildirib.

Gunaz.tv

“Mən hər zamandan daha da iradəli dayanmışam. Mənim vəziyyətim barədə maraqlanan və məni dəstəkləyən qardaşlarım- Azərbaycanın milli aktivistlərinə təşəkkürümü bildirirəm. 

İnsan haqlarımızın gerçəkləşməsinə, Urmu gölümüzün dirçəldilməsinə, ana dilimizdə tədris və təhsil ala biləcəyimizə qədər mübarizəmizi davam etdirəcəyik. 

Mərkəzi hakimiyyətdən öz hüquqlarımızı, həmçinin (Güney) Azərbaycanın milli aktivistlərinin sərbəst buraxılmalarını tələb edirik. 

Onlar Azərbaycan xalqının hüquqlarını müdafiə etdiklərinə görə işkəncələrə məruz qalırlar.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycanın qəhrəman xalqı!”-deyə milli aktivist bildirib.

Xatırladaq ki, Təhülkəszilik İdarəsi tərəfindən İbrahimzadəyə elektron bildiriş göndərilməklə dekabrın 2-i idarəyə gəlməsi tələb olunmuşdur. 

İsmayılzadə, həmçinin oğlu Milad (Atılla) Güney Azərbaycanın hüquqularının tələbi və bərpası istiqamətində fəaliyyətlərinə görə İranın təhlükəsizlik idarəsi tərəfindən dəfələrlə saxlanılıb, çağırılıb və həbs olunublar.

O, İdman Federasiyasının kikboksinq döyüş idmanı üzrə hakimi və məşqçisidir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar