SON XƏBƏRLƏR

İran hökuməti xalqa dəyər vermir- Mayk Uolts

2026.09.01, 14:09
İran hökuməti xalqa dəyər vermir- Mayk Uolts

Onlar İran xalqına əhəmiyyət vermirlər. Onlar üçün vacib olan rejimin və onların pullarının nəzarətini qorumaqdır.

Gunaz.tv

Bunu ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts Fox News-a verdiyi müsahibədə deyib.

O, İslam İnqilabı Keşikçiləri Korpusunun İran iqtisadiyyatının təxminən 50 faizinə nəzarət etdiyini bildirib.

Donald Tramp administrasiyasının İslam Respublikasına qarşı iqtisadi siyasətinə toxunan Uolts bildirib ki, İran valyutasının dəyəri düşür, inflyasiya nəzarətdən çıxıb və valyuta ehtiyatları azalıb. O, ABŞ-ın iqtisadi təzyiqinin hədəfinin rejimin qorunması üçün istifadə olunan maliyyə resursları olduğunu vurğulayıb.

ABŞ-ın BMT-dəki səfiri həmçinin deyib ki, Vaşinqtonun digər ölkələrə mesajı sanksiyaların praktikada tətbiq olunmasıdır:

"İslam Respublikasına iqtisadi fəaliyyətlərini davam etdirməyə kömək edən banklar, qurumlar və saxta şirkətlər hədəfə alınmalıdır".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar