SON XƏBƏRLƏR

Tehranda azərbaycanlı aktivistlərin sərbəst buraxılmaları  tələbi ilə poster yayılıb

2023.12.15, 11:30
Tehranda azərbaycanlı aktivistlərin sərbəst buraxılmaları  tələbi ilə poster yayılıb

Azərbaycanın Milli Hərəkat aktivistlərinin azadlığa buraxılmaları tələbi ilə dekabrın 14-ü Tehran şəhərinin aktivistlərindən bir qrupu Məhəllat rayonunda posterlər paylayıblar.

Gunaz.tv

“Azərbaycanın Milli Fəallarına Azadlıq!” başlığı ilə paylaşılmış posterlərdə Təbriz, Tehran və Ərdəbildə həbsdə olan Azərbaycan aktivistlərinin şəkilləri dərc olunaraq, sərbəst buraxılmaları tələb olunub. 

Posterlərdə tanınmış güneyli aktivist Abbas Lisanidən stat gətirilib. 

“İranın irqçi rejimi hərtərəfli farslaşdırma və şovinist siyasəti yürütdüyü bir halda öz kimliklərini müdafiə edən azərbaycanlıları pantürkist adlandırır və həbs edir. Azərbaycan buna susmayacaq!” - Abbas Lisani deyib. 

Cənab Lisani həmin cümləni Güney Azərbaycanın maraqları üzrə fəaliyyətlərinə görə 2005-ci ildə Ərdəbilin “İnqilab” Məhkəməsi tərəfindən mühakimə olunarkən deyib.  

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar