SON XƏBƏRLƏR

Urmulu fəala həbs cəzası verildi

2023.12.25, 11:19
Urmulu fəala həbs cəzası verildi

Qərbi Azərbaycan əyalətinin Urmu şəhərindən olan milli-mədəni fəal Əşkan Səadətmehr barəsində həbs qərarı çıxarılıb.

Gunaz.tv

Urmu məhkəməsi milli fəalı "müqəddəsləri təhqir etmək" və "kiber məkanda yalan informasiya yaymaq" ittihamına görə 7 il azadlıqdan məhrum edib.

Bununla yanaşı, Səadətmehr barəsində "hökumətə qarşı təbliğat" ittihamına görə yeni cinayət işi açılıb.

Qeyd edək ki, Ə.Səadətmehr cari ilin sentyabrın 20-də saxlanılıb, təhlükəsizlik təcridxanasında dindirildikdən sonra sentyabrın 26-sı Urmu həbsxanasına köçürülüb.

O, bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib və məhkumluq dövrü yaşayıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar