SON XƏBƏRLƏR

İranda mahnıya görə müğənni həbs edildi

2023.12.25, 12:12
İranda mahnıya görə müğənni həbs edildi

İranın Kiş adasında mahnıya görə müğənni həbs edilib, restoranın fəaliyyətinə qadağa qoyulub.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, müğənninin həbsi və restoranın bağlanmasına hazırda ABŞ-də yaşayan iranlı müğənni Sasan Heydərinin mahnısının ifa edilməsi səbəb olub..

Oxunan mahnı İranda nümayişinə qadağa qoyulan və "Kan" beynəlxalq Film Festivalında mükafatlandırılan "Leylanın qardaşları" filmində ifa edilib.

Məlumatda həbs edilən müğənninin kimliyi açıqlanmadan, onun barəsində cinayət işinin açıldığı bildirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar