SON XƏBƏRLƏR

Təbriz və Üsküdə məktəblər bağlandı

2024.01.02, 12:29
Təbriz və Üsküdə məktəblər bağlandı

Yanvarın 2-də hava çirkliliyinin təhlükəli səviyyəyə çatması səbəbindən Təbriz və Üskü şəhərlərində məktəblərdə tətil edilib.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan valiliyinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Mürtəza Minuyi məlumat yayıb.

O, bununla yanaşı uşaqların, hamilə qadınların, qocaların və xəstəliyi olan şəxslərin açıq havaya çıxmamalarını da tövsiyə edib.

Qeyd edək ki, son həftələr Təbrizdəki istilik elektrik stansiyasında mazut yandırılması şəhərin havasının çirklənmə səviyyəsinin artmasına səbəb olub.

Təbrizin Ətraf Mühit İdarəsinin baş müdiri Şəhnam Əştəri mazutdan istifadənin Təbrizdə havanın çirklənməsində əsas rol oynadığını təsdiq edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar