SON XƏBƏRLƏR

İlk dəfə Təbrizdə : sonsuzluğun müalicəsi üçün yumurta götürmə və yaxud “Pankçer” metodu

2024.01.03, 12:50
İlk dəfə Təbrizdə : sonsuzluğun müalicəsi üçün yumurta götürmə və yaxud “Pankçer” metodu

“Qarın boşluğu yolu ilə yumurta götürmə cərrtahiyyə əməliyyatı şəxsin yaşam illərində balavermə qabiliyyətini bərpa edir.” həkim Sara Süleymani Rad.

Gunaz.tv

Qadın xəstəlikləri və sonsuzluq mütəxəssisi həkim Süleymani metod barədə Azərəncümən Xəbər Portalı ilə müsahibəsində bildirib. 

Həmçinin sonsuzluğun genetik olması ilə yanaşı sair səbəbləri barədə danışıb: “Cəmiyyətimizdə önəmli olan problemlərdən biri ölkənin nüfus sayının azalmasıdır. 

Sonsuzluq bütün dünyada, xüsusilə də İranda artıb. Texnologiyanın inkişafı, ətraf mühit çerkəndiricilərinin artması və normal qidalanmama səbəblərindən qadınlarda övladvermə qabiliyyəti azalıb.”

O, yumurta götürmə cərrahiyyəsi barədə deyib: “Metod çox sadədir. Müəyyən dərmanlarla  qadınlarda yumurtavermə qıcıqlandırılır. Sonra yetkinləşən yumurtalar çıxarılıb laboratuvar şəraitdə süni döləşdirilib uşaqlığa köçürülür.”
DSC07584_11zon-scaled.jpg

Həkimin bildirməsinə istinadən bu metod ilk olaraq 2016-cı ildə prof. Murat Sönməzər tərəfindən Türkiyyədə tətbiq olunub. 

“Hal hazırda profesorun nəzarəti və digər əməkdaşım həkim Xədicə Puyanın köməyi ilə ilk dəfə Təbrizdə 11 nəfərin üzərində tətbiq etmişik.” həkim Süleymani müsahibəsinin davamında açıqlayıb.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar