SON XƏBƏRLƏR

"Rusiya İrandan ortamənzilli raketlər almaq istəyir"- ABŞ

2024.01.05, 13:29
"Rusiya İrandan ortamənzilli raketlər almaq istəyir"- ABŞ

Ağ Evin Milli Təhlükəszilik Şurasının sözçüsü Con Kirbi Moskvanın Tehrandan ortamənzilli raketlər almaq niyytində olduğunu deyib.

Gunaz.tv

Kirbi yanvarın 4-ü keçirdiyi brifinqdə İran tərəfindən həmin raketlərin hələ verilmədiyini, lakin verilərsə, Ukraynanın təsisatlarını vurmağa Rusiyanın gücünün artacağını qeyd edib.

“Val Strit Jurnal” qəzetinin məlumatına əsasən, Rusiya rəsmiləri ötən ilin dekabrında ortamənzilli “Əbabil” raketinin SEPAH tərəfindən sınağını müşahidə etmək məqsədi ilə İranda hərbi təlimlər meydanında olublar.

Qeyd edək ki, İran və Şimali Koreya Rusiyanın Ukraynaya qarşı başladığı müharibədə silah göndərməklə, Moskvaya kömək edirlər. 

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar