SON XƏBƏRLƏR

İran Prezidenti: “Kirmanda törədilən terror aktlarının qisası alınacaq”

2024.01.06, 10:48
İran Prezidenti: “Kirmanda törədilən terror aktlarının qisası alınacaq”

İran Prezidenti İbrahim Rəisi ölkənin Kirman şəhərində törədilən terror aktlarının qisasının alınma vaxtını və yerini İran Silahlı Qüvvələrinin təyin edəcəyini bildirib.

Gunaz.tv

İran KİV-i xəbər verir ki, o, bunu Kirman şəhərində törədilən hücumda həlak olan 89 nəfərin dəfn mərasimində çıxışı zamanı deyib.

İ.Rəisi İranın gücünün ən mühüm amil olduğunu xatırladıb: “Düşmənlər artıq bizim gücümüzü görüb və hiss ediblər. İran Silahlı Qüvvələri təşəbbüsü ələ alacaq və cavab tədbirinin vaxtını və yerini müəyyənləşdirəcək”.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar