SON XƏBƏRLƏR

Yəmənə yaxın beynəlxalq sularda neft gəmilərinə həmlə olunub

2024.01.06, 12:39
Yəmənə yaxın beynəlxalq sularda neft gəmilərinə həmlə olunub

Maldiv adalarının qərb və şimal-qərbində İsrailin 2 neft gəmisinə PUA həmləsi olunub.

Gunaz.tv

İlkin məlumata əsasən, patlayışlar nəticəsində gəmilərin ciddi xəsarət aldıqları bildirilir. 

Bu barədə Maldiv Respubıikasının mediası xəbər nəşr edib. PUA-ların İran istehsalı olduğu bilidirilib. 

Neft tankerlərinin hərəkət istiqamətlərinə  əsasən onların Babül-Məndəb boğazı və Qırmızı Dənizdən keçmələri nəzərdə tutlubmuş. 

Hər iki gəmi aldıqları xəsarətlər və yenidən həmlə qorxusu səbəbindən marşrutlarını dəyişlməli olublar. 

Qeyd edək ki, Yəmən husilərinin Ənsarulla Hərəkatı Qəzza müharibəsi bitməyənədək İsrailin ticarət və neft gəmilərini vuracağını deyib. 

Maldiv Respublikası və Yəmən arasında beynəlxalq sular mövcuddur. Maldiv istiqamətindən gələn gəmilər Qırmızı Dənizə daxil olmaq üçün Yəmənə yaxın sulardan keçməli olurlar.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar