SON XƏBƏRLƏR

“Kirmanda partlayışları Xorasan İŞİD-i törədib.”, ölənlərin sayı artır

2024.01.06, 13:21
“Kirmanda partlayışları Xorasan İŞİD-i törədib.”, ölənlərin sayı artır

Royterz Xəbər Agentliyi ABŞ-ın əldə etdiyi informasiyalara istinadən İranın Kirman şəhərində partlayışlar barədə Xorasan İŞİD-nin məsuliyyət daşıdığını deyib.

Gunaz.tv

Həmçinin Kirman şəhəri TTY Mərkəzinin sədri yanvarın 3-ü törədilmiş partlayış nəticəsində ölənlərin sayının artdığını bildirib. 

“Xəstəxanaya yerləşdirilmiş yaralılardan ikisinin bu gün səhər ölmələri ilə partlayışlardan ölənlərin sayı 91 nəfərə artıb.” mərkəzin sədri Məhəmməd Sabiri. 

Həmçinin İranın Təhlükəsizlik Nazirliyi partlayışlarla əlaqədar hal hazıradək 6 əyalətdə 12 nəfərin saxlanıldığı bildirilib. 

Nazirliyin məlumatına istinadən bomba partlayışı törədən  2 intiharçıdan biri Tacikistan vətəndaşıdır, digərinin kimliyi hələ qəti müəyyənləşməyib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar