SON XƏBƏRLƏR

İordoniya Suriya sərhədində İrana bağlı narkotik qaçaqmalçıları vurdu

2024.01.09, 12:00
İordoniya Suriya sərhədində İrana bağlı narkotik qaçaqmalçıları vurdu

İordaniya qırıcıları Suriyada yerləşən İrana bağlı narkotik qaçaqmalçılarının təsərrüfatlarına və sığınacaqlarına dörd dəfə hava zərbəsi endirib.

Gunaz.tv

Bu barədə "Royters" məlumat yayıb.

Bildirilib ki, bu, son bir həftə ərzində İordoniya hava qüvvələrinin bu qəbildən olan ikinci hücumudur.

Bundan əvvəl ötən ilin dekabr ayında da İordoniya ordusu bu ölkə ilə Suriya sərhədində narkotik maddə və silah-sursat daşıyan İranyönlü qruplaşmalara qarşı bir neçə əməliyyat həyata keçirib.

İordaniya və onun Qərb müttəfiqləri Livan Hizbullahını və Suriyanın cənubuna nəzarət edən İranın dəstəklədiyi digər silahlı qruplaşmaları narkotik ticarətini artırmaqda ittiham edirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar