SON XƏBƏRLƏR

İranda polis bölməsinə hücum edildi- Ölən var

2024.01.10, 12:30
İranda polis bölməsinə hücum edildi- Ölən var

Yanvarın 9-dan 10-a keçən gecə Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin yaxınlığında yerləşən Bideld polis bölməsinə silahlı hücum edilib.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, avtomat silahlar və minaatandan istifadə edilən hücum nəticəsində Əmirhüseyn Hüseynabadi adlı polis nəfəri öldürülüb.

Hücumun kimlər tərəfindən edildiyi və təfərrüatlar barədə məlumat verilməyib.

Qeyd edək ki, 2023-cü il dekabrın 15-də də, Sistan və Bəlucistan əyalətinin Rask şəhərində polis bölməsinə hücum nəticəsində 14 məmur öldürülüb.

Hücumun məsuliyyətini etnik bəluçların "Ceyşül Ədl" silahlı qruplaşması öz üzərinə götürüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar