SON XƏBƏRLƏR

Çin Qəzzada sülh konfransı keçirməyə çağırır

2024.01.15, 12:06
Çin Qəzzada sülh konfransı keçirməyə çağırır

Çinin xarici işlər naziri Van Yi Qəzza zolağında münaqişənin genişlənməsi və Qırmızı dənizin yeni qaynar nöqtəyə çevrilməsi fonunda "genişmiqyaslı və nüfuzlu" sülh konfransının təşkilinə çağırış edib.

Gunaz.tv

 Həftə sonu Qahirədə misirli həmkarı Samih Şükri ilə danışıqlardan sonra Çin XİN rəhbəri bu barədə jurnalistlərə açıqlama verib.

"Beynəlxalq ictimaiyyət Yaxın Şərqdəki haqlı problemləri diqqətlə dinləməlidir.

Çin daha genişmiqyaslı, nüfuzlu və effektiv beynəlxalq sülh konfransının toplanmasına, münaqişənin həlli naminə xüsusi tədbirlər planının hazırlanmasına, sülh danışıqlarının tezliklə bərpasına çağırış edir", - o deyib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar