SON XƏBƏRLƏR

Rusiya və İran XIN başçıları Yəməni müzakirə edib

2024.01.15, 14:51
Rusiya və İran XIN başçıları Yəməni müzakirə edib

Rusiya və İran xarici işlər nazirləri arasında telefon danışığı olub.

Gunaz.tv

Rusiya XİN xəbər verib ki, Sergey Lavrov və Hüseyn Əmir Abdullahian telefon danışığı zamanı ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi bir qrup ölkənin Yəmənə qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyiblər.

Nazirlər yeni dövlətlərarası sazişin hazırlanmasının gedişatını və ticarət-iqtisadi, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın bir sıra praktiki məsələlərini müzakirə ediblər.

Yaxın Şərqdə gərginliyin artmasına xüsusi diqqət yetirilib. XİN başçıları ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi bir qrup ölkənin Yəmən ərazisində törətdiyi kütləvi zərbələri qətiyyətlə pisləyiblər.

Nazirlər Qəzza zolağında dərhal atəşkəs əldə etməyə və zərər çəkmiş mülki əhaliyə təcili yardım göstərmək üçün anklava maneəsiz humanitar çıxışın təmin edilməsinə çağırıblar.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar