SON XƏBƏRLƏR

SEPAH İraqın şimalına ballistik raketlərlə zərbələr endirib

2024.01.16, 10:00
SEPAH İraqın şimalına ballistik raketlərlə zərbələr endirib

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbil şəhəri yaxınlığında və Suriya ərazisində yerləşən hədəflərə zərbələr endirib.

Gunaz.tv

Bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.

Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində "Mossad"ın casusluq mərkəzinin hədəf alındığı iddia edilib.

"Royters" isə partlayış səslərinin Ərbil şəhərinin 40 kilometrliyində və ABŞ konsulluğuna yaxın ərazidə eşidildiyini yazıb. 

SEPAH-ın bəyanatında bildirilib ki, hücum SEPAH komandirlərinin öldürülməsinə cavab olaraq həyata keçirilib. 

İraq Kürdüstanı Hökumətinin Təhlükəsizlik Şurası hücumu cinayət adlandırıb.

Bildirilib ki, SEPAH-ın raket hücumları nəticəsində 4 mülki şəxs həyatını itirib, 6 nəfər isə yaralanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar