SON XƏBƏRLƏR

Zelenski Stoltenberqlə cəbhədəki vəziyyəti müzakirə edib

2024.01.16, 13:11
Zelenski Stoltenberqlə cəbhədəki vəziyyəti müzakirə edib

Ukrayna Prezidenti Vladimir Zelenski NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

Gunaz.tv

 Bu barədə Ukrayna dövlət başçısı "X" hesabında bildirib.

Onun sözlərinə görə, Davosda baş tutan görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə olunub.

"Mən Baş katibi Rusiyanın son zamanlar həyata keçirdiyi kütləvi hava zərbələri barədə məlumatlandırdım və Ukraynanın hava hücumundan müdafiəsinin daha da gücləndirilməsinin vacibliyini vurğuladım.

Biz Ukraynanın digər müdafiə ehtiyacları barədə də danışdıq", - Zelenski qeyd edib. Zelenski əlavə edib ki, görüşdə tərəflər bu yaxınlarda imzalanmış Böyük Britaniya-Ukrayna təhlükəsizlik sazişinin əhəmiyyəti barədə də danışıblar.

"Mən Ukraynanın analoji sazişlər üzrə tərəfdaşlarla davam edən əməkdaşlığı barədə məlumat verdim və Ukrayna NATO-ya daxil olana qədər qüvvədə olacaq belə sənədlərin imzalanmasının vacibliyini vurğuladım.

Biz Vaşinqtonda NATO sammitinə hazırlığı da müzakirə etdik. Vurğuladım ki, Ukrayna onun Alyansa üzvlüyünü daha da yaxınlaşdıracaq qərarlar gözləyir", - Zelenski qeyd edib.

Xatırladaq ki, hər iki lider Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar