SON XƏBƏRLƏR

Pakistan İran tərəfindən vurulduğunu təsdiqləyib

2024.01.17, 10:29
Pakistan İran tərəfindən vurulduğunu təsdiqləyib

İran mediası yanvarın 16-da Ceyş-ül-Ədl qrupunun Pakistanda raket və PUA həmlələri ilə SEPAH tərəfindən vuruğlduğu barədə xəbər yayıb.

Gunaz.tv

Pakistan dövləti bu barədə bəyanatla həmləni “kəskin qınayaraq” iki günahsız üşağın öldüyünü, 3 qızın isə yaralandığını bildirib.

Bəyanatda həmin həmlənin “Pakistanın hakimiyyətinin pozulması” olmaqla İran üçün “ciddi nəticələr” törədəcəyi qeyd olunub.

İslamabad etirazını İranın Xarici İşlər Nazirliyinə bildirməklə İranın Pakistanda təmsilçisini çağırıb bu hərəkətin “qarşılıqlı etibara” ziyan verəcəyini vurğulayıb. 

Xatırladaq ki, Ədalət Ordusu anlamında olan Ceyş-ül-Ədl təşkilatı İranın Sistan və Bəluçistan Əyalətinin Tehranın şovinist hakimiyyətinin zalım siyasətlərindən qurltarılması üçün bu bölgənin istiqlalı uğrunda mübarizə edir. 

Pakistanım vurulması SEPAH-ın İraq və Suriyanı vurmasından bir neçə saat sonra olunub. 

Dost və qardaş ölkə Pakistan Azərbaycan Respublikasının Ermənistanın təcavüzünə qarşı mübarizəsində Azərbaycanı daima müdafiə edib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar