SON XƏBƏRLƏR

İraq İranın hücumlarına görə BMT-yə şikayət etdi

2024.01.17, 15:41
İraq İranın hücumlarına görə BMT-yə şikayət etdi

İraq ərazisinə zərbə endirməsi ilə bağlı İrandan BMT Təhlükəsizlik Şurasına şikayət edib.

Gunaz.tv

Bu barədə İraq Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

İraq Xarici İşlər Nazirliyi Ərbildə mülki vətəndaşların ölümü ilə nəticələnən hücumdan sonra İrana qarşı rəsmi olaraq BMT Təhlükəsizlik Şurasına şikayət təqdim etdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, İranın Ərbil şəhərinə raket hücumu nəticəsində 5 mülki şəxs ölüb, 6 nəfər isə yaralanıb.

Ölən və yaralanlar iş adamı Pişrev Dizəyi və onun ailə üzvləri, xidmətçiləridir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar