SON XƏBƏRLƏR

Pakistan İran ərazisinə aviazərbələr endirib 

2024.01.18, 10:05
Pakistan İran ərazisinə aviazərbələr endirib 

Pakistan səhər saatlarında “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib.

Gunaz.tv

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirilib.

Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib

"Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən "Marg Bar Sarmachar" kod adlı əməliyyatda  bir neçə terrorçu məhv edilib”, - məlumatda vurğulanır.

İranın Tasnim Agentliyi isə Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında baş verən partlayışlarda 7 nəfərin həlak olduğunu bildirib. 

Qeyd edək ki, yanvarın 15-16-sına keçən gecə SEPAH Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə endirdiyi aviazərbələr nəticəsində 2 uşaq ölüb, 3 nəfər yaralanıb. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar