SON XƏBƏRLƏR

İsveç İranın müvəqqəti işlər vəkilini XİN-ə çağrdı

2024.01.18, 12:39
İsveç İranın müvəqqəti işlər vəkilini XİN-ə çağrdı

İranın İsveçdəki müvəqqəti işlər vəkili Məhəmməd Vəhidi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu barədə İsveç XİN bəyanat yayıb.

Müvəqqəti işlər vəkilinə Tehranın İsveç vətəndaşlarını həbs etməsinə görə etiraz edilib.

İrandan bu ölkədə saxlanılan İsveç vətəndaşlarının dərhal sərbəst buraxılması istənilib.

Qeyd edək ki, bundan əvvəl İsveç XİN verdiyi açıqlamada yanvar ayının əvvəlində daha bir isveçlinin İranda həbs edildiyini bildirib.

Həbs edilən şəxsin kimliyi açıqlanmadan onun ikili İsveç-İran vətəndaşı olduğu qeyd edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar