SON XƏBƏRLƏR

Amerika vətəndaşı İrana texnika göndərməkdə ittiham edilib

2024.01.19, 12:31
Amerika vətəndaşı İrana texnika göndərməkdə ittiham edilib

Amerikanın Ədliyyə Nazirliyi ölkənin vətəndaşı olan bir iranlını ABŞ-dən İrana önəmli və ağır texnikalar göndərməkdə ittiham edərək, həbs cəzasına məhkum edib.

Gunaz.tv

Nazirliyin bu barədə bəyanatında bildirilib ki, Amerika vətəndaşı olan 60 yaşlı tacir Calal Hacəvi qanunsuz olaraq ABŞ-nin sanksiyalarını aşmaqla, sanksiyalar siyahısında olan texnikaları BƏƏ yolu ilə İrana göndərib.

Nazirliyin bildirməsinə əsasən, həmin cihazlar İran hakimiyyətinin ölkədən xaric pis niyyətlərinə köməklik edə və ABŞ-nin təhlükəsizliyinə qarşı istifadə oluna bilərdi.

“İran hakimiyyətinə hər hansı cihaz və texnikanın, istər birbaşa istərsə də üçüncü ölkə vasitəsi ilə göndərilməsi, qanuna ziddir.” ədliyyə nazirinin köməkçisi Metyu Ekslerod bəyanatda deyib. 

Həmçinin ABŞ-nin Corciya Ştatının şimal hissəsinin prokuroru Ryan Bukanen Hacəviyə 2 dəfə xəbərdarlıq olunduğunu, lakin özbaşınalıq edərək etinasız yanaşdığını deyib. 

Calal Hacəvi 24 ay həbsə, sonra 3 ilədək nəzarətdə saxlanılmağa məhkum edilib.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar