SON XƏBƏRLƏR

Yaponiya Rusiyaya qarşı sanksiyaları davam etdirmək niyyətindədir

2024.01.19, 12:52
Yaponiya Rusiyaya qarşı sanksiyaları davam etdirmək niyyətindədir

Yaponiya Ukraynaya görə Rusiyaya qarşı sanksiya təzyiqini davam etdirəcək.

Gunaz.tv

Bu barədə jurnalistlərə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının addımları beynəlxalq nizamın əsaslarını sarsıdır, ona görə də göstərmək lazımdır ki, regionda status-kvo güc yolu ilə dəyişdirildikdə belə, addımların bir cəzası var.

“Yaponiya beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı və Rusiya Federasiyasına qarşı sanksiyaları davam etdirəcək. Enerji sektoruna gəlincə, G7 liderlərinin görüşünün nəticələrinə əsasən ölkəmiz Rusiyanın enerji resurslarından, o cümlədən neft və kömürdən müstəqillik əldə etməyə çalışacaq”, - o vurğulayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar