SON XƏBƏRLƏR

Etnik bəluclar etiraz aksiyası keçiriblər

2024.01.20, 10:06
Etnik bəluclar etiraz aksiyası keçiriblər

Yanvarın 19-da İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində etnik bəluclar etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Cümə namazından sonra küçələrə axışan bəluclar İran və Pakistan arasında baş verən münaqişə ilə bağlı şüarlar səsləndiriblər.

Onlar iki ölkənin bir-birinin ərazisinə endirdikləri zərbələr nəticəsində yalnız bəlucların öldürüldüyünü deyiblər.

Bunu bəluclara qarşı soyqırım adlandıran aksiyaçılar hər iki ölkə əleyhinə şüarlar səsləndiriblər.

"Ölüm olsun İrana!", "Ölüm olsun Xaməneiyə!" şüarları verən narazılar bəluclara qarşı zülmə son qoyulmasını istəyiblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar