SON XƏBƏRLƏR

İranda daha bir İsveç vətəndaşının həbs edildiyi məlum oldu

2024.01.20, 11:01
İranda daha bir İsveç vətəndaşının həbs edildiyi məlum oldu

İran təhlükəsizlik məmurlarının daha bir İseç vətəndaşını həbs etdikləri barədə məlumatlar yayılıb.

Gunaz.tv

“Assoşeytedpress” bu barədə İsveç mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, 2023-cü ilin noyabr ayının sonunda 60 yaşlı İsveç vətəndaşı İranda naməlum səbəblərə görə həbs edilib.

Bir neçə gün əvvəl İsveç Xarici İşlər Nazirliyi bəyanat yayaraq, cari ilin əvvəlində bir vətəndaşının İranda həbs edildiyini bildirmişdi.

Bəyanatda saxlanılan şəxsin kimliyi açıqlanmadan onun dərhal sərbəst buraxılması tələb olunub.

Qeyd edək ki, hazırda bir neçə İsveç vətəndaşı, o cümlədən Avropa Birliyinin əməkdaşı Yohan Floderus İranda həbsdədir.

O, 2022-ci ilin april ayının 17-də İrandan ölkəsinə qayıtmaq istədiyi vaxt hava limanında saxlanılıb və ona qarşı casusluq ittihamı irəli sürülüb.

Yuhan Floderus və başqa İsveç vətəndaşlarının həbsinin İsveçdə ömürlük həbsə məhkum edilən İranın keçmiş prokuror köməkçisi Həmid Nuri ilə  dəyişdirilməsi məqsədi daşıdığı ehtimal edilir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar