SON XƏBƏRLƏR

Britaniya İrana qarşı yeni bölmə açıb

2024.01.20, 13:54
Britaniya İrana qarşı yeni bölmə açıb

Biritaniyanın polisi İran, Rusiya və Çin tərəfindən potensial təhlükələrin qarşısını almaq üçün yeni bölmə yaradıb.

Gunaz.tv

Britaniyanın ölkə üzrə parlament seçkiləri 2025-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulub. 

Polis ölkədə seçkilərdən öncə potensial təhlükələrin daha da atrdığımı bildirib .

Britaniyanın Terrorizmlə Mübarizə Polisinin rəisi Matt Coks deyib: “Hazırda düşmən ölkələri tərəfindən hədələrin Soyuq Müharibə zamanından daha kəskin olduğunu müşahidə edirik”.

“Britaniyada əvvəlki seçkilərlə müqayisədə hal-hazırda internetdə yanlış məlumatların həcmi daha çoxdur. Həmçinin siyasi müxaliflərin öldürülməsinə artan qəsdçilik də bizi düşündürür.  

Bu təhlükələr barədə açıq danışmaq istəyirəm. Məqsədim İran, Çin və Rusiyanın hakimiyyətləridir. 

Biz bununla bağlı yeni bölmə yaratmışıq və dümən ölkələrin hərəkətlərinə qarşı daha kəskin reaksiya göstərəcəyik”, - Coks jurnalistlərə deyib.

Polis rəisi  ötən 2 ildə birbaşa İran hakimiyyətinin rolu olan 15 təhlükənin aşkarlandığını qeyd edib.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar