SON XƏBƏRLƏR

Mollalıq oxuyan 3500 tələbə müəllim qəbulu üzrə imtahanlarda iştirak edib

2024.01.22, 14:50
Mollalıq oxuyan 3500 tələbə müəllim qəbulu üzrə imtahanlarda iştirak edib

“Biz də müəllim qəbulu üzrə imtahanlar keçiriləndən sonra mollalıq oxuyan 3500 tələbənin iştirak etdiyini bilmişik.”- İranın Təhsil Nazirliyi məsələdən yayınmaq üçün belə deyib.

Gunaz.tv

Nazirliyin sözçüsü Əli Farhadi həmin tələbələrin artıq müəllim kimi qəbul olunduqlarını deyib. 

O, İranın IRNA dövlət XA ilə müsahibəsində müəllim mollaların təhsil sisteminə qəbul olunduğunu əsaslandırmaq üçün Müəllimlik Nizamnaməsinin 28-ci maddəsini xatırladıb. 

Belə ki, maddəyə əsasən “vacib və təcili hallarda sair universitetlər, ali təhsil müəssisələri və Elmiyyə Hövzələrindən” müəllim qəbul etməyə icazə verilib. 

Lakin Farhadi hansı problemin “universitetlər və ali təhsil müəssisələrindən” yox sırf mollalıq oxuyan tələbələri müəllim kimi qəbul etməyə vacib etdiyini vurğulamayıb. 
01000000-0a00-0242-3761-08dc19931223_w256_r1.jpg

İranının Müəllimlərinin Peşə Təşkilatlarının Koordinasiya Şurası bir neçə gün öncə nazirliyin bu hərəkətinin “geriyici” və “Məktəbxana” çağlarına qayıdış olduğunu deyərək qınayıb.

“Məktəxana” elmi tədris üzrə mütəxəssislərin olmadığı vaxtlarda mollaların uşaqlara təlim-tərbiyə işi ilə məşğul olduqları çağlara deyilir. 

Məlumat üçün xatırladaq ki, Qum şəhərində yerləşən “Elmiyyə Hövzəsi” dini tədris qurumudur və gənc tələbələr cəmiyyətdə mollalıq etmək məqsədi ilə orada təhsil alaraq məzun olunur.

İranda “Tələbə” termini Azərbaycan Respublikasında universitet tələbələri anlamında yox “mollalıq etmək üçün təhsil alan” anlamındadır. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar