SON XƏBƏRLƏR

Təhlükəsizlik məmurları gənc qızları güllələdi

2024.01.22, 18:48
Təhlükəsizlik məmurları gənc qızları güllələdi

İranın Loristan əyalətinin Brucerd şəhərində mülki geyimli təhlükəsizlik məmuru 2 tələbəni güllələyib.

Gunaz.tv

Təhlükəsizlik məmurları iki tələbənin olduğu avtomobili saxlayaraq onlardan düşmələrini istəyiblər. Məmurlar mülki geyimdə olduqları üçün tələbələr onların istəyinə tabe olmayıb, buna görə də onlar atəş açıb.

Hadisə nəticəsində Anahita Əmirpur adlı qız tələbə ölüb, digər tələbə isə ağır yaralı vəziyyətdə xəstəxananın reanimasiya bölməsinə köçürülüb.

Brucerd şəhərinin başçısı (fərmandar) Müslüm Muradi hadisəni təsdiqləsə də, məmurların havaya atəş açdıqlarını, gənc qızın istəmədən öldürüldüyünü bildirib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar