SON XƏBƏRLƏR

Çabaharda polis bölməsinə silahlı hücum edilib

2024.01.24, 13:51
Çabaharda polis bölməsinə silahlı hücum edilib

Yanvarın 23-ü gecə saatlarında Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərinin 12-ci polis bölməsinə silahlı hücum edilib.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Polis bölməsi və ətrafında avtomat silahlardan açılan davamlı atəş səslərinin eşidildiyi bildirilib.

Hadisənin təfərrüatı və hücumçuların kimliyi barədə məlumat verilməyib.

Bu, son bir ay ərzində Çabaharda baş verən üçüncü silahlı qarşıdurmadır.

Bundan əvvəlki hücumların məsuliyyətini etnik bəlucların silahlı qruplaşması olan "Ceyş əl-Ədl" təşkilatı öz üzərinə götürüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar